Uran: “Yeni albomumun yazılışı yaxınlarda başlayacaq” (Müsahibə)

Uran

Strange: Ne deye bileremki semimi qelbden ugurlar arzulayiram.
Uran: Təşəkkür edirəm.

Elvin: Evvala salam,Sualim budur:Efirden uzaqlashmagivin sebebi nedir? deyirler sen muhafizeci ishleyirsen bu duzdur?
Uran: Azərbaycanda mövcüd olan TV’lərdə yayımlanan verilişlərdə iştirak etmək üçün əlin gərək cibində olsun. Söhbət verilişlərin 97% gedir. Yerdə qalan 3% isə çıxış üçün yararsızdır. Bu vaxta qədər efirə görə pul verməmişəm, bundan sonra da eyni cür. Dəvət edirlər gedirəm, dəvət etmirler – Allah canlarını sağ eləsin. Öz xoşum ilə efirdən uzaqlaşmamışam.
Mühafizə sistemində çalışıram, mühafizəçi deyiləm.

Dastreetz: Qardawim sayti tezelediyive gore tebrikler. Zor alinib. Mene maraqlidi senin treklerindeki fikirleri cemiyetden goturursen? Ve ibadet edirsen?
Uran: Təşəkkür edirəm, treklərdəki sizə çatdırdığım fikirlər gəldiyim nəticələrdi. Səbəblər adətən cəmiyyətdə, ətrafda görüb-eşitdiklərimdi… və əlbəttə müəyyən qədər bədii fantaziya. Əsas mövzuların reallığa əsaslanmasıdır.
İbadət etmirəm amma vaxtilə etmişəm.

fabio: salam Uran.menim sualim odurk senin treklerini nece elde ede bilerem ve seni nevaxt efirde goreciyik? senin seyirleri nece elde edim?
Uran: Salam, trekləri əldə etməyin 2 üsulu var. Mənə xeyir verərək albomu satışdan almaq və albomdan ən az 6 ay keçdikdən sonra uran.az saytından pulsuz yükləmək. Şerlərim elə də çox deyil, lakin arada saytımdan oxuya bilərsən.

Set: Evvela Salam. Suallarim beledir: 1.Klip olacag? 2.Planlarinda HOST-la feat var? 3.Eminem-in fanatisan? 4.Novbeti Albomun adi ne olacag. P.S.Ugurlar
Uran: Klip olacaq! Planda Host-la feat yoxdu, Eminemə böyük hörmətim var (yaradıcılığına)
Amma fanatlıq elədiyim başqa musiqi janrının nümayəndələridi. Növbəti albomumun adı bəlkə “Meqa Sunami” oldu. Təşəkkür edirəm.

SpeeD.J: Salam Uran ve Uran severler. Insallah haminiz yaxsisiz. Uran senin mahnilarinin coxu mende var. Tam olaraq fanatin olmasamda amma cox az qalib fanatin olmaqa. Bele ise men D12 qrupu esasen EMIN3M, G-UNIT qrupu esasen 50 CENT-e fanatliq edirem. Hetda onlarin delisiyem. Senede az cox az qalib. Sen oz replerini EMIN3MIN stilinde deyirsen. Senden ilk xahisim koncert imzali albom isteyirem. Aaa birde senle sekil cekdirmek. Koncertin olsa 100000% gelecem. Birlikde cosariq. Adim Adildi. Saytinda mubarekdi. Sene ugurlar. Birde sen kime fanatliq edirsen. Cox xahis edirem cavab ve fikirlerini mailime yaz.
Uran: Təəssüf ki, cavabı bura yazacam, emailinə yox (düşünürəm inciməzsən). Eminem dövrün ən güclü reperidi. Onun böyük təsiri olub. Demə terzimin hardasa onun tərzinə bənzəməsi məni sevindirir, lakin mən özüm olmağa çalışıram. Sən albomu əldə ət, imza məsələsini həll edərik. Konsert barəsində
nəsə deyə bilmərəm. Şəkil çəkdirmək də həll olunan məsələdi. Təşəkkür edirəm.

Lovely Barbie: Salam Uran seni bu gun efirde gordum cox sevindim.bes niye efire cox az-az cixirsan? Men senin demek olar ki en blaca fanatinam 12 yasim var.bes sen bele fanatlarini da nezere alib onlar haqda rap yazarsan?ve ya bele bir fikrin var?
Uran: Salam, efirə az-az dəvət edirlər ona görə də az çıxıram. 12 yaşlı fanatlarım üçün nəsə yazmaq barədə düşünməmişəm, amma belə bir şey istisna olunmur.

Fabregas: salam necesen? imkan olsa saytda cat duzeldin rep severler muzakire edsinler bilmediyimiz movzular haqdada sizin komeyinizle bilek!!!onu da deyim ki,ataw sende kederli prablemli movzular haqda teqdim etdiyin parcalar alinir.iwlerinde uqurlar
Uran: Salam, yaxşı olasan. Çatla bağlı bir şey deyə bilmərəm, amma burada yazılan bütün suallar cavablandırılacaq. Təşəkkür edirəm!

MC Dark_Smile: Hi! Uran, Rap time veriliwi zor idi yene ele 1 lahiye planda var? Daimi izleyici/dinleyici olacam ona gore ;D
P.S. Saytin bombadi! Ve wexsen menim fikrimce sene ke4el olmaq daha 4ox yarawir)))
Uran: Salam, Bizi sevindirir ki Rap-Time verilişi sənin timsalında bir çox rep dinləyicisinin sevgi və rəğbətini qazanmışdı. Əlimizdə belə bir layihə var, həm TV, həm də radio üçün. Təəssüf ki, müraciət etdiyimiz yerlərdən elə qiymətlər eşidirik ki… Razılıq əldə edilmir. Amma bu hələ son deyil!

Kewell_19: Efirde dedinki men repden elave bashqa ishle meshqulam.onediki ele ish????
Uran: Repdən başqa məşğul olduğum iş, işlədiyim yerdi və orada ancaq qazanc məqsədi güdürəm. Xüsusi bir şey deyil…

Lovely Barbie: MC Dark_Smile amma mene ele gelir ki yeni stili daha yaxsidi saclari efir gorunur cox xosuma geldi.URAN hemise bele qal ve ya evvelki kimi biz seni gorunduyun kimi yox,oldugun kimi qebul edirik!.
Uran: Tam haqlısan, zahirən dəyişməyim yaradıcılığımda hər hansı dəyişiklik demək deyil.

pita4ok: se4im arasında galsan iwini se4arsan repi? sualı vermamin sebebi iwinle repin uygun gelmemesidi=)
Uran: Seçim arasında qalmaq istəməzdim. Çünki ac qarına beyin çalışmır, rep isə hələ də gəlir gətirmir.

MC-Mike-Li: Sen xarici repperlerden kimi beyenirsen? ve kimnense feat oxumaq planin var?
Uran: 2 Pac, Ice Cube, Eminem, Method Man, Redman, DMX, Supreme NTM, Kasta, Ceza… Supreme NTM və Ceza ilə duet edərdim böyük həvəsləd.

RhythmAndPoem: Her kesi salamlayiram.Uran sene,Da Streetz-e,CaspianClan-a,ROC-a respect!teessuf ki,sene yalniz 2 ildir qulaq asiram.amma buna baxmayaraq chox boyuk bir hormetim var.senden bir meslehet almag isteyirem.men gelecekde RAPer olmag isteyirem.Indinden oz minuslarimi,tracklarimi hazirlamaga chalishiram az da olsa.Bir professional kimi mene bu yolda meslehetin ne olardi?neyden bashlayim?
Uran: Salam, əvvəlcə ən əsas şeydən başla: ritmə düşməyi öyrən. Bunun üçün dilini anlamadıgın rep parçalarına qulaq as və sözlərin taktda necə deyildiyinə, hansı pauzalar edildiyinə fikir ver. Bundan başla. Uğurlar!

B_BoY-KeNaN: Eyooo, salam)) Hech bilmirdim saytin var) Senin break-dancela aran necedi?
Uran: Salam, mənim break-dance’la aram çox yaxşıdı. Onu da qeyd edim ki, məşhur League-X qrupunun rəhbəri Orxan Qasımovun mənim yaradıcılığımda öz rolu olub. Ümumiyyətlə Hip-Hop mədəniyyətinin bütün qollarına böyük hörmətim var.

Emin-LAX: 1. Sen niye partylerde chixis etmirsen? 2. Saytda dogurdan ozun oturursan? 3. Azrapde en chox beyendiyin albom hansidi?
Uran: Dəvət edildiyim partylərdə çıxış edirəm. Saytda özüm otururam. Administrativ işlərlə dostum və prodüsserim Master T məşğul olur. AzRepdə ən çox bəyəndiyim albomu hələ gözləyirəm.

Masa_iz_BDU: Sen hansisa universiteti bitirmisen?
Uran: Mən H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm. 2 diplomum var. Hərbi ixtisasım: Yerüstü Artilleriya, Mülki ixtisasım: İdarəetmə Mühəndisliyi.

DJ MonK: Salam. Sen ozun minuslar yigirsan?
Uran: Salam, özüm minuslar yığıram, Mənasız Şeylər albomunda bir neçə trekin prodüsserliyini özüm etmişəm.

SilentHill: Reptaym verilisi basqa radioda niye acilmir?((
Uran: Çünki başqa radioların qoyduqları şərtlər hələ imkanımız daxilində deyil.

Mariam: Uran niye basini kechel qirxirsan? Mence sene uzun sach yarashar
Uran: Hal-hazırda keçəl deyiləm və sən dediyin kimi saç saxlayıram.

Cingiz: Salam. Teze saytin zordu. Esitmisem bu yaxinlarda TVde teze yarishma bashliyir sen orda olacaqsan?
Uran: Salam, mən də eşitmişdim və dəvət də olundum, razı olmadım. Məncə yarışmalar mənim üçün artıq yetər. Maraqlı nəsə olsa düşünərəm…

Little miss L: Uranin fanatlariynan gorushmek plani yoxdu? Men sennen yaxindan tanish olmaq isterdim…
Uran: Əlbəttə görüşmək planım var. Sayta tez-tez daxil olun, bu haqda məlumat olacaq. Tanış olarıq.

Keven: Salam. Sualim beledi: repde telebe-muellim sohbetine nece baxirsan? Imza: Keven a.k.a. Zverski.
Uran: Salam repdə bu söhbətə pis baxmıram amma belə şəyi qəbul etmirəm, bu mənə çatmır, bəlkə kimin üçünsə bu normaldı.

MC NePtuN: Sen mene rap demeyi oyrede bilersen? Menim rape cox boyuk maragim var, amma yaxwi alinmir Mene komek eliyersen?
Uran: Əgər deməyə böyük həvəsin və istəyin varsa bunu mənim köməyim olmadan da edə bilərsən. Nədəsə çətinlik olsa imkan daxilində çalışırıq bir şey edək.

CC-AMBAR: ANbar pradakwn baglandi?
Uran: Anbar production daim xəyallarda olub, buna görə də onun bağlanması real deyil.

Uran YEK: Uran sen yeksen!!! Azerbaycan repinde kimi ozuve reqib sayirsan? Imza: 1 nomreli fanatin Aydan.
Uran: Təşəkkür edirəm, heç kimi rəqib görmürəm.

aisan: salam Uran mallim man sizi chokh seviram man sizin replarindan kor zabiti chox seviram man sizinla istardim ki yakhin unsiyatta olum olarki mana nomranizi yazasiz. siza minnatdaram sana boyok ugurlar
Uran: Salam, sevginə görə çox sağ ol! Amma təəssüf burada nömrəmi yaza bilməyəcəm, özün haqda məlumat qoysan çalışıram əlaqə saxlayım. Uğurlar!

DS_FAN: Salam! Dastreetze teze uzvler qebul olunur?
Uran: Salam, hələ ki üzvlər qəbul olunmur, amma repdə yeni adlara həmişə ehtiyac var

Arabian-Orxan: Salam. 3 sualim var: 1. Senin Nagilbaznan munasibetlerin necedi? 2. Onunla teze duyet gozlenilir? 3. Teze albomun ne vaxt chixir?
Uran: Salam, Anar Nağılbazla münasibətlərim yaxşıdı. Duetlər barəde nəsə demək çətin, yeni albomun hazırlıq mərhələsi artıq başlayıb.

Mahiri: Salam. Sualim beledi: Efirde niye az olursan? Bunun sebebi nedi?
Uran: Efirə az çağırıllar az da çıxırıq, istədiyin vaxt çıxmaq üçün gərək pul verəsən.

Sinsemilla: Men sachlarimdan imtina etdim,amma ne clana ne de anbara meni goturmediz..nie:(
Uran: Mənim xəbərim yoxdu, əgər bilsəydim bir qız bu qədər qurban verib mütləq nəsə fikirləşərdim.

Kursant_ElmiR: Salam. Teze saytin chox geweng alinib. Sualim odu ki, senin ne vaxtsa repden uzaqlawmaq fikirin var?
Uran: Salam, təşəkkür edirəm. Repdən uzaqlaşmaq fikrim yoxdu, amma gələcəyi bilmək olmaz

Kemale: Novbeti albomun ne vaxt chixacag?
Uran: Dəqiq bir tarix verə bilmərəm amma 2010-cu ildə mütləq çıxacaq İnşallah.

HOSTcu Nazrin: 1. HOSTla niye duet oxumursan? 2. Yeni albomuvun adi nece olacaq? 3. Sen hele de Caspian Clanin uzvusen, yoxsa ancaq DaStreetz?
Uran: Host’la niyə duet etməliyəm ki? Nə təklif olub, nə də bu haqda düşünməmişəm. Yeni albomumun adı ola bilsin “Meqa Sunami” olsun. Caspian Clan Azərbaycanda ilk rap clanı olub, mən də onun üzvüyəm. Da Streetz isə rep leybldi.

Poet_iz_Mardakana: Saytda qezelini oxudum, 4ox beyendim. Bashqa qezellerin var?
Uran: Təşəkkür edirəm, bundan başqa biri də var. Arada yenə yazıb sayta yerləşdirəcəm.

Eazy D: Sen 50 cente qulaq asiran?
Uran: Tək-tük halda qulaq asıram.

Ebdurrehim: Salam. Sənə Milli dusuncə və gənclər, Kor zabit kimi mahnılarıva gorə təsəkkurumu bildirmək istəyirəm. Bu movzuda yeni mahnıların olacaq?
Uran: Allah razı olsun! Bu haqda düşünməmişəm, bunu zaman göstərər.

dastreetz-roman: privet Uran. netersen ne var ne yox? Uran sozu kursant sozu ile baglidi yoxsa elementin adi ile?
Uran: Salam, yaxşı olasan. Uran sözü kursant adı ilə bağlı deyil, kimyəvi elementlə bağlıdı. Amma əgər kursant sözündəki l,s,t hərflərini çıxartsaq Uran adı alınacaq, bunu da vaxtilə özüm fikirləşmişəm.

Bravo_777: Salam men sizin fanatinizam sizin xacmazda konsertiniz ne vaxtsa olacaq?
Uran: Salam, dəvət etsələr Xaçmazda da olar, Sumqayıtda da, Gəncədə də…

m.s.: Salam Uran.Menim ucun cox elametdar bir hadisedir sene sual vermek(Sablon seslensede).Sene ugurlar,ve sual:”Hec fikirlesmisen ki.., heyatda rep-le catdirdigin fikirleri basqa hansisa usulla catdirasan? ve dinleyici kutle(n) bu fikirlerivi repde qavradiqlari kimi basa dushsunler?” Bir daha cox sagol bize bu seraiti yaratdigin ucun/Respect aka Da Vinci
Uran: Salam, onu deyim ki, verilən suallar içində ən maraqlı sualın sahibi sənsən. Olub, mənim gələcək planlarımda rejissorluqla bağlı fikirlər var. Repdə çatdırdıqlarımı kinoda etmək istəyirəm. İnanıram ki, dinləyicilərim izləyici kütləsinə asanlıqla çevriləcəklər.

dj feko: Salam! Menim sualim budur ki, qarshida yeni tracklar ve yeni nese layiheler olacaq ?
Uran: Salam yeni treklər olacaq, və hazır olanları da var. Həmçinin alternativ rap janrında Black Garage adlı qrupla birgə 7 hazır trek var.

Zer0: az repin indiki veziyyetinden(inki$afindan) razisan? rep-opera ne vaxt tam hazir ola biler?
Uran: Azrepin indiki vəziyyəti məni qane etmir, çünki Kütləvi İnformasiya Vasitələri bu inkişafda etməli olduqlarını etmir. Toy bazarının inkişafına xidmət göstərir, yəni fahişə və homoseksualların üzə çıxmasına şərait yaradırlar. Rep opera haqda hələki heç nə deyə bilmərəm.

OR-EL: Salam..Sualim beledi..gelecekde yene fmde Rap time verlisi aparacaqsiz her hansi radioda?
Uran: Salam, radiolarımızda yayım saatının qiymətini aşağı salsalar nəsə etmək olar.

ZKOP: Salam Uran Da StreetZ-ne yeni uzuvler qatilacaqlar yoxsa ele bele qalacak?
Uran: Salam, Da Streetz’ə hələ yeni üzvlərin qatılması gözlənilmir. Amma ola bilsin, bilmək olmaz.

prizma89: salam. 1.Uran,rep yolunda ve oz heyatinda qarsina qoydugun en boyuk hedef nedir? 2.yasayib gorduklerine dayanaraq bir insana vereceyin en deyerli meslehetin ne olardi?
Uran: Salam repdə hədəfim ümumiyyətlə Azrepin dünya rep səhnəsinə qatılmağıdı. Həyatda isə hədəfim çoxdu. Məsləhətim məncə bu olardı: Yaşa və yarat!

The_Realist: sualim “rep bir tecrubenin neticesidir” adli yazidandi.. mene qaranliq qalan bir hisse oldu – “…ve 2 ay evvel teyin olunan gun. Maraqlıdır, deyilmi?..” bu ne demekdi?? ugurlar
Uran: Salam. Aprel ayının 30-u baş verən terror hadisəsi məncə yadınızdan çıxmayıb. 4 il hazırlığı görülən və 2 ay əvvəl günü təyin olunmuş albomun çıxışı da məhz həmin gün idi.

Telya: Салам Уважаемый УРАН! Вопрос такого характера, Не хотели Бы Вы стать РЭП ПРОДЮСЕРОМ!? Я думаю, из Вас получился бы ОТличный Продюсер Азербайджанского Рэпа? Спасибо, Mc TeLiK
Uran: Salam, belə bir fikrim var, Baxaq da kimə prodüsserlik etmiş olacam.

Akoveli: Salam menim sualim Uran sene neye gore kutleye qariwmaq istemirsen….niye sadelik deyilen bir weyden sitifade elemirsneki?bus ende var axi..niye gizledirsenki?yeri gelende 2PAC kimi 2PAC…..-da taninmiw idi..amma o, hemiwe kutleye qayniyib qariwirdi…nese……oz iwindi onsuzda bu Azerbaycandaq sozun duzunu deyende yaltaqlanmayib…..masqalanmayib…he4 kim seni istemir indide belkede…pisivize gelecek sualim..amma menim4un fergi yoxdu esasi odurki, men sozumu dedim!!!!ugurlar!!en azindan bir reper kimi 4unki,men ozum bir reper kimi senin treklerine qulaq asiram lapda xowuma gelir eladi bele qal hemiwe!!!
Uran: Salam, hansı kütləni nəzərdə tutursan? Adi camaatı? Mən həmişə camaatın içindəyəm, hamının istifadə etdiyi gündəlik nəqliyyatdan istifad edirəm, hamının oturduğu çayxanada, kafedə, parkda mən də otururam. Bunun başqa tərəfini görmürəm, Uğurlar!

RhythmAndPoem: Salam.Men MC olmaqa chalishiram gelecekde.minuslarim,metnlerim var.amma uze chixardmaga chekinirem+ilham qaynagim da yoxdur.mene ne meslehet gorerdin?diger sualim beledir:sen freestylede ozune en guclu reqib kimi hesab edirsen?
Uran: Salam, utancaqlıq hissinə qalib gəl, özündə inam hissini yarat! İlham qaynağı daxilindədi, onu da tapmağa çalış. Freestyle’da mənə rəqib olmaq istəyənləri hələ ki məyus edirəm.

Mesron: Uran salam. HOST-un uzvlerile munasibetin necedi. bir yerde duet haz?rlamaq fikriniz var ? birde yeni traackler gozleyirik.
Uran: Salam, münasibətim normaldı, duet barədə fikirləşməmişəm.

da streetz: xalq, milletim menim, ureyimde canim menim, yawasin azerbaycan, deyen ogullarim mennim. BALACA TREK))
Uran: Beləcə davam et, uğurlar.

streetlife: salam Uran.size bir sualla mureciet ederdim..men Men de Varam musabigesinde sizin Sherg Geceleri adli bir trackinizi eshitmishdim…ama cox teessuf ki o tracki hec cur elde ede bilmirem..mumkundurse o tracki tapmagima komek edin…
Uran: Salam, şərq gecələri trekini www.uran.az saytından əldə edə bilərsən.

İstiqlal: menim sualim Urana budur! Uran siz yeni fealiyyete baslamis ISTIQLAL re qrupu ile ft edersiz teklif olunana teqdirde? onceden tesekkurler
Uran: Adeten dueti shexsen tanidigim, yaradiciligindan xeberdar oldugum insanlarla edirem. Qrupa ise ancaq ugurlar!

Uraqan: salam Uran.niye sumqayitda konsert vermirsen.senin burdaki ganatlarin seni sebirsizlikle gozleyir
Uran: Salam, Sumqayıtda böyük həvəslə konsert verərdim. Bilirəm orada fanatlarım çoxdu. Amma hələ konsert təklifi olmayıb. Təəssüf mənim də belə imkanım yoxdu.

Mad Dog: Uran u mena k te vopros u tea kogda party budet i budet li on voobshe?
Uran: Hələki konkret bir şey deyə bilmərəm, amma İnşallah olacaq.

orxan005: Ya sliwal 4to planiruetsya trek s odnim iz tureckih reperov, hotelos uznat etot trek budet? kto etot reper? A tak voobwe planiruetsya treki s inostranimi reperami?
Uran: Planda Ceza ilə duet var. Digər xarici reperlərlə hələ ki bir şey düşünmürəm.

Aohel: Yeni Lahiyeler Haqqinda Qisa Melumatlar.Konsert , Albom Bele Sheyler.Bir de kimlerle ft gozlenilir
Uran: İlk növbədə onu deyim ki, hal-hazırda Black Garage adlı rock qrupu ilə bəraber çalışıram. Alternativ rep janrında 7 trekimiz var, əlbəttə ki albom barəsində düşünürük. O ki qaldı solo fəaliyyətimə onu deyim ki albomun (yəni 3-cü albomun) yazılışı yaxınlarda başlayacaq. Sənətinə çox hörmət etdiyim bir xanım müğənni ilə duetim hazırlanır. Bundan əlavə Caspian Clan və Klan-A-Plan arasında duet ideyası var.
Klan-A-Planın üzvü Ramilnən ayrıca duetim də gözlənilir. Klip və konsert haqda konkret bir şey dəyə bilmərəm.

General: 1. Döyməyə (nakolka, tatoo) necə baxırsan? 2. Həyatda nəyə görəsə peşmanlıq çəkmisən? 3. Urandan meyxana ilə sintez nə vaxt gözləmək olar?
Uran: Döyməyə münasibətim normaldı. Həyatda etdiyimə görə peşmançılığım olub. Meyxana ilə sintez hələ planda yoxdu.

Sadece Tibu: Klip planda var?
Uran: Əlbəttə ki var, amma nə vaxt onu deyə bilmərəm.

Rado: Artıq albomun çıxmasından 7 ay keçib amma konsert haqda heç məlumat yoxdu!Konsert nə vaxt olacaq?
Uran: Konsertimin nə vaxt olacağı məni də çox maraqlandırır. İnşallah ən qısa zamanda olar!

Suallarınıza və ayırdığınız vaxta görə təşəkkür edirəm. Hörmətlə, URAN!

HTML link
BB Code
Adi link

32 Şərh »» “Uran: “Yeni albomumun yazılışı yaxınlarda başlayacaq” (Müsahibə)”

  1. Lovely Barbie Yazdı:

    URAN semimiliyine ve sadeliyine gore tesekkurler sen AZERBAYCANda no1 RAPersen!

  2. RhythmAndPoem Yazdı:

    Axshaminiz xeyir,RAP fanatlari…Uran,Suallarim beledir:1.Men Ismayillida yashayiram.burda AzRAP’in demek olar ki,esl fanatlari yoxdur.Chox chalishiram ki,oz RAP’imizi tanidim,teblig edim,oz RAP’imizin xarici RAP’dan hech de geri qalmadigini subut etmeye chalishiram.Bu yolda tekem,desteye ehtiyacim var.Gelecekde RAP’imizi butun AZERBAYCANA tanitmag uchun neyse planlar var?Yeni RAP developmentden bashqa.2.Aile heyati haqqinda dushunmusen?eger oglun olsaydi onun da ne vaxtsa M.C olmagini isterdin ve ya buna munasibetin nece olardi?

  3. RhythmAndPoem Yazdı:

    ayda,gecikdim (

  4. ali_m Yazdı:

    uran yekdi hemde yeklerin yekidi men ona aerbaycanda tay tapa bilmirem cunki uran esl rep diyendi o biriler ise gah mahni oxuyurlar gah da ne bilim ne ama uran temiz rep deyir halladi uran sene

  5. KOMA Yazdı:

    URAN mene heyati oyretdi birinci ona qulaq asmisam ve aglamisam cunki o heyatdan ve gercekden danisir seni cox istiyirem qaqas cox. menim 13 yasim var sene balacaliqdan qulaq asirdim. hele de qulaq asiram

  6. DeLighT Yazdı:

    maraqlidir

  7. SeYMuR Yazdı:

    саламлар сайтыныз … бир созден елаа…. бу суалыма чаваб верердиз… сиз хербичисиз??мен Нахчыванда оланда мене забитим деди уран меним призивим олуб али херби мектебде бу дузду ?? хербичисиз??

  8. Axmed 417 Yazdı:

    haydi uran,goruyum seni ko4um 25i. gor de neynirsen!!! ))

  9. MC Dark_Smile Yazdı:

    Hi Uran. Mene maraqlidi, minusa sozleri yazirlar yoxsa,sozlere minusu???
    Wexsen sen nece yazirsan oz treklerini?

  10. aliva Yazdı:

    salam uran.men nece vaxtdin bir track axtariram ama tapa bilmirem.Bu track-in adi cherepin qardawlardi.onu harda tapa bilerem?

  11. Aliva Yazdı:

    Uran sene bir sual verim senin bu saytin nece aydan bir tezelenir?

  12. mr lonely Yazdı:

    Uran mene senin bir trekin var RESSAM adli onu nece elde eliye bilerem?evelceden tesekur!

  13. Aliva Yazdı:

    Uran funatri hansi reper qurupudu taniyirsan?onun lideri kimidi yeni onu kim aparir?

  14. Aliva Yazdı:

    Uran sen bizim bu suallarimiza sayt refrewlendikden sonra cvb verirsen?

  15. frankenstein Yazdı:

    Salam.Yaradıcılığında uğurlar.Yeni albomunda milli ruhlu mahnilar olacaqmı?Mehşur müğenniler ile yeni duetler olacaqmı?teşekkurler

  16. Naviqator Yazdı:

    Salam Uran, vetenperver və düşündürən treklere göre teşekkürler. Sene sualım budur: Dinə münasibətin necedir? Namaz qılırsan?

  17. T.M Yazdı:

    Salam Uran!
    Mene senin fikrin chox maraqli gelir Avropa Rap-ine munasibetin necedi? yani Nana, Down Low ve s bu kimi Rap qruppalara. Ve senin bir chox Track-lerini bu qruplarin xetti uzerinde getdiyini hiss edirem tebii ki, bu da chox sevindiricidi. Ve S.V.D.M track-inin 2 ci hissesi olacagmi?

  18. XaKeR_ZaBRaTa Yazdı:

    Salam Uran qaqas ) mene telefonun nomresinin vere bilersne eger mumkundurse? :) )

  19. MC 2RAL Yazdı:

    SALAM URAN BILMEK ISTIYIREM.SEN TELEBE GOTURURSEN?MENIM 14 YASIM VAR.RAPLA COX MARAQLANIRAM RAP ARTIQ HEYATIMIN BIR HISSESINE DONUB.12 RAPIM VAR.AMMA IMKANIM OLMADIGINA GORE CIXARDA BILMEMISEM.XAHIS EDIREM MIM,DJ SHOCK,MC BAX VE QRUPUVUZUN BASQA UZVLERI ILE BIRLIKD BIR YARISMA YARADIN.BIZ DE OZ ISTEDADIMIZI GOSTEREK.cavab yazsaz sevinerem.SENIN TELEBEN OLMAQ MENIM UCUN COX XOS OLARDI.hormetle 2RAL.

  20. eddy ombre Yazdı:

    slm URAN saytin zordur.
    imza: Eddy Ombre

  21. eddy ombre Yazdı:

    URAN sen 1994-cu tevelludlu biri ile birlikde trek yazardin???

  22. Azad Uran Yazdı:

    Salam U R A N men senin fanatinam senin butun mahnilarin mende var))esasende mende varam space tv de zirveni baglamagin menim xosuma geldi))sualim yoxdur cunki burada butun suallari oxudum ve cavabini da aldim sene ugurlar arzulayiram

  23. azeka Yazdı:

    salam URAN biz senin ZAQATALADAN olan reper fanatlarinix sen en sade repcilerden birisen sene sualimiz zaqatalaya gelersen biznen duet oxumaga neceki sen cezani cagirdin bizde seni devet edirik sennen oxumaq bizim ucun cox boyuk irelileyis olacak xais edirem bir qerar ver …. UGURLAR ……CASPIAN CLAN URANI YIGISDIRIN……

  24. EkonomisT Yazdı:

    Uran salam.Sirr deyilse bilmek olar geyimin hansi geyim dukkanlarindandi?

  25. ZaXaR Yazdı:

    Videolari nece yukleye bilerem bunu aciqlaya bilersiz zehmet olmasa???????????????????

  26. MuradMM Yazdı:

    Salam URAN,men senin rap demeyinden,dusunmenden,fikirlerivin aciq catdirmagindan,freestyle demeyinden hezz aliram.boyuk miqyasli bir konsert havaxtsa olacaq?

  27. MC 2RAL Yazdı:

    Salam URAN.necesen.sene bir nece sualim var. A.K.A ne demekdi?sence rapin hansi dovrunde(old school.golden age.modern era)rap daha cox inkisaf edib?2pac’in bele bir sozu var:”EGER BIZ DOGURDAN DA HIP HOP un ve RAPIN BIR MEDENIYYET OLDUGUNU DEYIRIKSE ONDA BIZ RAPLERIMIZDEKI IFADELERE DIQQET YETIRMELIYIK”duz deyir amma oz raplerinde soyus soyub.senden xahis eliyirem soyusnen olan rap yazma.cunki sen ozun de rapin azerb.edebiyyatina daxil olmasini istiyirsen.men de RAP yaziram heyatimi HIP HOP a hesr elemisem ve mene hami pis baxir men ise senin kimi onlara bas qosmuram.onlar menim ugurlarimi gorende pesiman olacaqlar.INSALLAH… hormetle MC 2RAL

  28. kamal Yazdı:

    Xeyirli olsun

  29. kamal Yazdı:

    salam URAN. sene bir sualim var. cavablasan sevinerem. RAp le hip hpun ferqi. hele de bilmirem/ desen yax.; olar

  30. 54321 Yazdı:

    Salam uran rap haqqında 2 sual verecekdım 1 cıtkalamaq ya cıtka bu soz ne demekdı? 2 hıphop ıle rapın ferqı nedır?

  31. MC 2RAL Yazdı:

    URAN QARDASIM SENIN BIR SOZUN VAR “YASA VE YARAT” MENCE YARATMAQ INSANA AID DEYIL ALLAH ARTIQ HER SEYI YARADIM INSANLAR QALAN ISE ONLARI KESF ETMEKDIR. HORMRTLE MC 2RAL

  32. yaqub94 Yazdı:

    Uran men sizin replerize qulaq asiram.. COx menali sozleriniz var.. Birde oxudunuz ne sludu??

 

Fikrini bildir

Şərh yazmaq üçün Siz istifadəçi adınızla sayta daxil olmalısınız.